İORDANİYANIN KRALI ƏLAHƏZRƏT II ABDULLAYA
Əlahəzrət,
Əziz qardaşım,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-İordaniya münasibətlərinin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Gündən-günə artan təmaslarımız, genişlənən əlaqələrimiz və qarşılıqlı maraq doğuran əməkdaşlığımız münasibətlərimizin çoxşaxəli perspektivlərə malik olduğunu bir daha təsdiqləyir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 may 2009-cu il.