İran diplomatı silahlı basqına məruz qalıb
Tehran, 11 mart AZƏRTAC.
İranın Əfqanistandakı səfirliyinin əməkdaşına qarşı silahlı hücum olub.
AZƏRTAC xəbər verir ki, bu barədə səfirliyin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, səfirliyin əməkdaşı avtomobillə bazardan qayıdarkən yolda oğruların hücumuna məruz qalıb. Onlar maşını diplomatın əlindən almağa çalışıblar. Lakin diplomat onların məqsədini anladıqdan sonra avtomobildən düşməyib və yoluna davam edib. Bu zaman səfirliyin avtomobilinə odlu silahdan bir neçə dəfə atəş açılıb.
Xoşbəxtlikdən səfirliyin əməkdaşı xəsarət almayıb. Əfqanistanın hüquq-mühafizə orqanları baş verən insidentlə əlaqədar araşdırmaya başlayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]