İran millisi dünya çempionatında iştirakdan imtina edib
Bakı, 11 mart, AZƏRTAC
İranın gənclər və idman naziri Əhməd Dünyamalı futbol üzrə milli komandanın 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazir bu qərarı ABŞ və İsraillə davam edən müharibə ilə əlaqələndirib. Onun sözlərinə görə, son aylarda ölkəyə qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İran ciddi itkilər verib və belə şəraitdə komandanın mundialda iştirakı mümkün deyil.
Nazir bildirib ki, son 8-9 ay ərzində baş verən hadisələr və hərbi toqquşmalar nəticəsində minlərlə İran vətəndaşı həlak olub.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi seçmə mərhələni uğurla başa vuraraq turnirə vəsiqə qazanıb. Komanda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə G qrupuna düşüb. Yığma qrup mərhələsinin iki oyununu Los-Ancelesdə, bir görüşünü isə Sietldə keçirməli idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]