İranda hərbçilərə qarşı terror aktı törədilib
Tehran, 1 iyul, AZƏRTAC
Ötən gecə İranın Sistan-Bəlucistan vilayətində terror aktı törədilib.
AZƏRTAC Mehr xəbər agentliyinə istinadla xəbər verir ki, İran silahlı qüvvələrinə məxsus 3 hərbi avtomobil Zahidan-Haş avtomobil yolunda hərəkətdə olan zaman silahlı hücuma məruz qalıb. Hücum nəticəsində İran ordusunun taqım komandiri həlak olub.
Silahlı hücumun “Ceyşul-Ədl” terror təşkilatı tərəfindən törədildiyi bildirilir.
İranın xüsusi xidmət orqanları terror aktı ilə bağlı araşdırmalara başlayıblar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]