İranda koronavirusdan ölənlərin sayı 27,4 mini ötüb
Tehran, 7 oktyabr, AZƏRTAC
İranda koronavirusa qarşı mübarizə tədbirlərinə baxmayaraq ölüm halları yenidən artır. Yerli mətbuat bunu pandemiyanın ikinci dalğası adlandırır. Bu günə olan məlumata görə İranda 4 min 151 nəfər koronavirusa yoluxub, 227 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da, İranda yoluxanların ümumi sayı 479 min 825 nəfərə, ölənlərin sayı isə 27 min 419-a çatıb.
Müalicəsi davam edən 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 394 min 800 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]