İrandakı səfirliyimiz Qum şəhərində təhsil alan tələbələrimiz üçün bayram mərasimi təşkil etmişdir
Qum, 27 oktyabr (AZƏRTAC). Azərbaycanın İrandakı səfirliyi müqəddəs Qurban bayramı münasibətilə İranın Qum şəhərində təhsil alan tələbələrimiz üçün bayram mərasimi təşkil etmişdir.
Tədbirdə tələbələrimiz üçün qurban kəsilmiş, bayram süfrəsi açılmışdır. Göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən tələbələrimiz qeyd etmişlər ki, Azərbaycan dövlətinin qüdrətlənməsi və dünyada olduğu kimi tanıdılması hər bir azərbaycanlının səmimi arzusudur. Bu istiqamətdə hər bir vətəndaşın, o cümlədən xaricdə təhsil alan tələbələrimizin üzərinə şərəfli vəzifə düşür. Bu vəzifənin öhdəsindən ləyaqətlə gəlmək vətəndaşlıq borcumuzdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qum
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]