İranlı nazir Trampdan məktub alındığını təsdiqləyib
Bakı, 13 mart, AZƏRTAC
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampdan məktub aldığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirə istinadla “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, məktubu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik müşaviri doktor Məhəmməd Ənvər Qarqaş gətirib. O, Tehrana səfər edib və Əraqçi ilə görüşüb. Tərəflər İran-BƏƏ münasibətlərini, eləcə də regional məsələləri müzakirə ediblər.
XİN rəhbəri Tehranın mövqeyini təkrarlayaraq bildirib ki, Vaşinqton danışıqlar prosesinin təzyiq və təhdidlər olmadan aparılacağına zəmanət verməsə, İran onunla birbaşa danışıqlara başlamaq istəmir. Onun sözlərinə görə, Tehran “şərəfli, ağlabatan və məqsədəuyğun” danışıqlar aparmaq istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]