İRAQ OLİMPİYA KOMİTƏSİNİN BAŞÇISI YAPONİYADAN KÖMƏK İSTƏYƏCƏK
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, İraq Milli Olimpiya Komitəsinin prezidenti Əhməd əl-Səmmarai gələn həftə Yaponiyaya gedəcəkdir. O, İraq komandasının Afinada keçiriləcək Olimpiya oyunlarında iştirak edə bilməsinə Yaponiyanın yardım göstərməsini xahiş edəcəkdir.
Səfər zamanı o, Baş nazir Dzünitiro Koidzumi və xarici işlər naziri, habelə Yaponiya Milli Olimpiya Komitəsinin rəhbərləri ilə görüşəcəkdir.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi İraq idmançılarının Afina Olimpiadasında öz milli bayrağı altında çıxış edə bilməsi üçün bu ölkə barəsində qoyulmuş məhdudiyyətləri fevralın 28-də götürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]