İRAQDA İSRAİLİN GİZLİ DÜŞƏRGƏSİ TAPILMIŞDIR
Jurnalistlər müəyyən etmişlər ki, düşərgədə onlarca israilli mütəxəssis olmuşdur. Vaxtilə onlar İsrail ordusunun say-seçmə hissələrində xidmət etmişlər. Bu təlimatçılar İraqa Türkiyədən keçərək gəlmiş və bu zaman özlərini mühəndis və kənd təsərrüfatı mütəxəssisi kimi qələmə vermişlər.
Yaraqlıların hücumlarına məruz qalmamaq üçün kürdlər düşərgənin mövcudluğunu məxfi saxlamağı qərara almışlar. Terrorçuların hücuma hazırlaşdıqları barədə xəbərdarlıq alındıqdan sonra israilli təlimatçılar Şimali İraqı tərk etmişlər.
“Yediot Ahronot”un məlumatına görə, İsrailin bir sıra şirkətləri kürdlərlə əməkdaşlıq edir. Jurnalistlər bildirirlər ki, “Motorola” şirkətinin İsraildəki bölməsi və “Maqalkom” şirkəti kürdlərlə yüz milyonlarla dollarlıq müqavilələr bağlamışdır. Kürdlərin işgüzar tərəfdaşları arasında İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş başçısı Danni Yatomun iştirakı ilə yaradılmış şirkətin də adı çəkilir.
İsrail hərbçiləri qəzetin çıxışını şərh edərək bildirmişlər ki, onlar ölkənin şirkətlərinə İraqda işləməyə icazə verməmişlər. İsrailin Müdafiə Nazirliyi vurğulamışdır ki, israillilərin İraqda hər hansı fəaliyyəti onların öz şəxsi təşəbbüsüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]