İraqda terror aktı nəticəsində 8 nəfər xəsarət alıb
Bağdad, 9 mart, AZƏRTAC
Bağdadın Kaziçiyyə məhəlləsində imam Musa Kazımın türbəsinin yaxınlığında törədilən terror aktı nəticəsində 8 nəfər xəsarət alıb.
AZƏRTAC İraqın xüsusi xidmət orqanlarına istinadla xəbər verir ki, terrorçular türbənin yaxınlığında məişət tullantılarının atıldığı yerə uzaqdan idarə edilən bomba yerləşdiriblər. İnsanlar türbəyə daxil olarkən bomba işə salınaraq partladılıb.
Yaralananlar arasında beş qadın və bir uşaq var.
Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları terrorçuların yaxalanması üçün əməliyyata başlayıblar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]