İŞ ADAMLARI KƏNDİN ABADLAŞDIRILMASINDA İŞTİRAK EDİRLƏR
AZƏRTAC-ın müxbiri Gədəbəydən xəbər verir ki, rayonun Şınıx bölgəsinin imkanlı iş adamları kəndin abadlaşdırılması və ehtiyac duyulan ictimai obyektlərin tikintisi üçün hər il xeyli vəsait sərf edirlər. Bu yaxınlarda belə iş adamlarından bir neçəsi birləşərək, Zamanlı kəndini Şınıxla birləşdirən yolun üstündə yeni körpünün və kənddə təzə 5 otaqlı məktəb binasının tikintisinə başlamışlar. Havaların əlverişsiz keçməsinə baxmayaraq, hər iki tikintidə işlər ahəngdar gedir.