İsa Həbibbəyli: Azərbaycan Prezidentinin siyasəti qalib gələcək
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində ermənilərin təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar müraciəti müstəqil dövlətimizin və xalqımızın haqq sözünün ifadəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Akademik söyləyib ki, qəhrəman Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir: “Arzu edirik ki bu, Azərbaycan xalqını böyük qələbəyə çatdıran son döyüş olsun. İndiki məsuliyyətli günlərdə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Nida işarəsi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [13:54]
Bakıda Avropa-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb YENİLƏNİB
- 04.09.2026 [12:55]
Qarabağla bağlı qərəzli materialına görə “The Guardian”a etiraz bildirilib
- 04.09.2026 [12:04]
Mariyana Kuyundziç: Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir
- 04.09.2026 [11:51]
Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb
- 04.09.2026 [02:28]
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb
- 04.09.2026 [00:04]
Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
- 03.09.2026 [19:42]