Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslamofobiya ilə mübarizəyə dair beynəlxalq Bakı konfransı işini başa çatdırıb

Bakı, 16 mart, AZƏRTAC

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans martın 16-da işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə bir plenar və üç aralıq sessiyası keçirilib.

“Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” mövzusunda plenar sessiyaya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib.

İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mutəzz Muhi Əbdülhəmid tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilər tərəfindən məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermasına çevrildiyini demişdi. “Mən həmin torpaqlara səfər edərkən bunu gözlərimlə görmüşəm. Biz bəzi ərəb mətbuat nümayəndələrinin ikili hərəkətlərini qəbul edə bilmərik. Ermənilərin Qarabağda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları ermənilərin necə qəddar olduqlarını göstərir. Ermənilər mülki insanların üzərinə bomba yağdırırdı, müharibəyə yaraşmayan hərəkətlər nümayiş etdirirdi. Erməni tərəfi dünya mediasına həqiqətləri əks etdirməyən məlumatlar verirdi”, - deyən Mutəzz Muhi Əbdülhəmid Azərbaycanla çox möhkəm əlaqələrinin olduğunu qeyd edib, AZƏRTAC-ı mütəmadi izlədiyini və ölkəmizlə bağlı dəqiq məlumatları əldə etdiyini diqqətə çatdırıb”.

Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri bildirib ki, müsəlmanlara qarşı yönəlmiş ikili siyasət bir çox ölkələrin əsas prinsiplərinə çevrilib. İslam peyğəmbərinin karikaturalarının çəkilməsi, müsəlmanlara qarşı təzyiqlər qəbuledilməzdir. Müsəlman cəmiyyətlərində mədəni və dini aspektlərdə qarşılıqlı hörmətə əsaslanan əlaqələr inkişaf etdirilməli, alçaldıcı hərəkətlərə yol verilməməlidir.

Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirovun sözlərinə görə, müsəlmanların öz dininə bağlılığı bir çox ölkələrdə narahatlıqlar yaradır. Ermənilər də daim müsəlmanlar arasında fitnə yaradıblar, onlara qarşı məkrli hərəkətlər nümayiş etdiriblər. Müsəlman ölkələrində xristianlar daim sülh içində və rahat yaşayıblar. Bu da İslam dininin tərbiyəsindən irəli gəlir. Qeyd edilib ki, bu gün bir çox ölkədə xüsusilə Fransada müsəlmanlara qarşı qəddar siyasət həyata keçirilir və tarixən fransızlar hər zaman müsəlmanlarla bu cür qeyri-insani rəftar ediblər. Misirdə, Əlcəzairdə edilən hərəkətlər buna sübutdur.

“Wilfrid Laurier” Universiteti, Sosiologiya və Müsəlmanşünaslıq üzrə professor Jasmin Zin qeyd edib ki, islamofobiya hazırkı günümüzdə dözülməz həddə gəlib çıxıb. Dünyanın bir çox yerində müsəlmanlar güllələnir və ya digər alçaldıcı hərəkətlərə məruz qalırlar. Xüsusilə qadınlar daha çox hədəf götürülüb. Müsəlmanlar Fransa və bəzi ölkələrdə neqativ insanlar kimi göstərilir. Gender məsələsində, həmçinin müsəlman qadınlarının geyimləri terrorist geyimi olaraq qələmə verilir və cəmiyyətə aşılanır. Bu da təbii ki, yolverilməz haldır.

Sinqapur “Nanyanq” Texnoloji Universitetinin dosenti Kamaluddin Mohamed Nasir isə nitqində dünyada islamofobiya ilə mübarizə üsullarında musiqi janrı sayılan "Hip-Hop"un effektiv olduğunu vurğulayıb. Bu tərzdə fikirləri çatdırmağın daha da effektiv olduğunu iştirakçıların diqqətinə çatdırıb. İnsan hüquqları, mülki hüquqlardan bəhs edən musiqilərə insanlar tərəfindən də böyük rəğbət olduğu qeyd edilib.

x x x

Bakı konfransında “İslamofobiya və mediada
nifrət çağırışları” mövzusu müzakirə edilib

Beynəlxalq konfrans çərçivəsində “İslamofobiya və mediada nifrət çağırışları” mövzusunda aralıq sessiya keçirilib.

Azərbaycan Televiziyasının sədr müavini Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən aralıq sessiyada çıxış edən “TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui son 30-40 il ərzində islamofobiya sahəsində çox tədqiqatların aparıldığını deyib. Bildirib ki, bu tədqiqatlar faydalı olması ilə yanaşı, məhdud idi. İslamofobiya indi geniş vüsət alıb. Artıq biz tam fərqli səviyyəyə çıxmalıyıq. İslamofobiyanın mövcudluğu artıq faktdır. Tədqiqatlarda biz məhz medianın bunu necə qələmə verdiyinə baxmalıyıq.

Tarık Çerkaui, həmçinin bildirib ki, mövcud çərçivələr dərin kök salmış inanclar üzərindən qurulub. İnanc və miflər istənilən cəmiyyətdə formalaşıb. Zaman keçdikcə əsas çərçivə müəyyən prinsiplərə bağlı olur. Bunlar insanların şüurunda dərin kök salır. “Azərbaycanda və digər ölkələrdə islamofobiya ilə mübarizə istiqamətində müxtəlif tədbirlər keçirilir. Amma, eyni zamanda, bununla bağlı media sahəsindəki insanlarla təlimlər təşkil edilməlidir", - deyə Tarık Çerkaui qeyd edib.

Qlobal media və kommunikasiya üzrə professor İdil Osmanın sözlərinə görə, 11 sentyabr terror aktları Qərb mediasında İslam dini ilə bağlı düşüncələri alt-üst elədi. İslam dini fərqli şəkildə qələmə verildi. Müsəlmanların Qərbi məhv etmək, onun mədəniyyətini dağıtmaq istədikləri düşünülür. Onlar fikir azadlığına bir təhdid kimi görülür.

İslamofobiyaya qarşı mübarizə yolları barədə fikirlərini səsləndirən İdil Osman qeyd edib ki, qeyri-müsəlman icmaları ilə daha çox əməkdaşlıq etmək lazımdır. Eyni zamanda, müsəlman cəmiyyətləri ilə də əlaqələr daha da genişləndirilməlidir: "Praktiki olaraq daha çox müsəlman mediasının nümayəndələri Qərbə getməli, orada çalışmalıdırlar. Bu məsələdə sosial media plaftormalarının da əhəmiyyəti olduqca böyükdür. Bundan maksimum faydalanmalıyıq. Müsəlman icmaları ilə kütləvi şəkildə işlənilməlidir", - deyə İdil Osman vurğulayıb.

Qətərdən olan Baş araşdırma mütəxəssisi Kərim Məcri müxtəlif ölkələrdə islamofobiyaya qarşı mübarizədə daha çox qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Deyib ki, bu, daha səmərəli yanaşma hesab olunur. İnsanların inancları başqalarının inancları ilə müqayisədə aşağılanmamalıdır. Ona hörmətlə yanaşılmaldır.

"Düşünürəm ki, gənc müsəlmanlara daha çox dəstək vermək lazımdır. Onlar media sahəsində daha aktiv olmalıdırlar. Müsəlmanlar hazırkı günümüzdə bir çox ölkədə yaxşı vəzifələr tutmağa başlayıblar. Etik jurnalist düzgün və dürüst reportaj hazırlamalıdır. Jurnalistlər məlumatı araşdırmalı, dəqiqliyə əmin olmalıdırlar. Media nümayəndələri savadsızlıq nümayiş etdirməməlidirlər. Yaydıqları məlumatların nə kimi nəticələr verəcəyini öncədən müəyyənləşdirməlidirlər. Jurnalistlər öz xidmətlərinin məsuliyyətini başa düşməlidirlər”, - deyə Kərim Məcri diqqətə çatdırıb.

ADA Universitetində Media və Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Azərbaycanda din dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə məşğul olan adamlar dövlətə daim ehtiramını bildirib, ona sadiq olublar. Son illər ərzində Azərbaycan dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün dindarlara hər bir şəraiti yaradıb.

Onun sözlərinə görə, Qərb mediasında 2011-2015-ci illərdə hansısa təcavüzü müsəlman törətsəydi bu beş dəfə daha çox qabardılırdı və cəmiyyətdə müsəlmanlara qarşı gərginliklər yaradırdı bu sahədə ekspertlər iş görməli, təhlillər aparmalıdırlar. "Qurani-Kərim"in yandırılması, Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə fikir azadlığı demək olmaz. İfadə azadlığı qorunarkən digər insanların haqları alçaldıla bilməz. Təhqiramiz hərəkətlər mütləq cəzalandırılmalıdır.

Şəfəq Mehrəliyeva, həmçinin müsəlman jurnalistlərin daha çox maariflənmələrinin və tədqiqatlar həyata keçirmələrinin vacibliyini qeyd edib.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar Qərbi azərbaycanlıların türk və müsəlman olduğuna görə öz dədə-baba yurdlarından ermənilər tərəfindən qovulduğunu vurğulayıb. Qeyd edib ki, azərbaycanlılar indiki Ermənistan ərazisindən bir neçə dəfə didərgin salınıb, öldürülüb, işgəncələrə məruz qalıblar. İslamofobiyaya misal olaraq Qərbi Azərbaycanda 300-ə yaxın dağıdılmış məscidi göstərmək olar. "Didərgin düşmüş insanlar sülh yolu ilə öz torpaqlarına qayıtmaq istəyirlər. Bununla bağlı dünya ictimaiyyətinə, həmçinin Ermənistan baş naziri Nikol Paşinyana müraciət ünvanlamışıq. 1988-ci ildə 300 min azərbaycanlının 11 gün ərzində Qərbi Azərbaycandan qovulması sadəcə dəhşətdir. Ermənistan bu insanların öz yurdlarına qayıtmasını istəmir və insan hüquqlarının pozulduğunu nümayiş etdirir, onların mediası da səhv məlumatlarla Qərb ictimaiyyətini yanlış yönləndirir”, - deyə Ülviyyə Zülfiqar diqqətə çatdırıb.

x x x

İkinci aralıq sessiyası: İslamofobiyaya qarşı mübarizədə
birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu

Konfrans çərçivəsində “İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu” mövzusunda ikinci aralıq sessiyası təşkil olunub.

Sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilib.

Çıxış edən İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Əli Acıkgül qeyd edib ki, dünyanın bir sıra ölkələrində İslam dünyasına nifrət dolu çıxışlar, onların müsəlmanların müqəddəslərinə qarşı təhqiramiz hərəkətləri qəbuledilməzdir. Bəzi kinolarda və şəkillərdə müsəlmanlar terrorist kimi göstərilir. Bu isə qərb ölkələrinin ikiüzlülüyüdür. O bildirib ki, bir sıra ölkələrdə dini inanclar alçaldıcı rəftara məruz qalırlar. İfadə azadlığı çərçivəsində digər insanların həyat tərzini və dini inancını alçaltmaq olmaz.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham iştirakçıların diqqətinə çatdırıb ki, islamofobiya dünyada əsas problemlərdən biridir. Müsəlmanlar elmi biliklərini artırmalı, əlaqələrini daha da genişləndirməlidirlər.

Səfir, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Tasnim Aslan qeyd edib ki, islamofobiyanın yayılma səbəblərini bilmək lazımdır. Tarixdə bir çox qərb ölkələri tərəfindən müsəlmanların təbii sərvətləri və torpaqları barbar şəkildə talan edilib. İslam dünyası və qərb ölkələri arasında hər zaman rəqabət olub. Bir çox ölkələrdə 20 ildir antiislam kitablar yazılmaqdadır və bu, davam edir. Təəssüflər olsun ki, müsəlmanlara qarşı alçaldıcı hərəkətlər getdikcə artır və bəzi hökumətlər buna göz yumur. Maariflənmiş müsəlmanlar irəli çəkilməli və beynəlxalq təşkilatlarda aktiv iştiraka təşviq edilməlidir.

Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat üzrə rəhbəri Bülənt Aras islamofobiya və müsəlmanlara qarşı postmüstəmləkə dövrünün tarixindən danışıb. O bildirib ki, islamofobiya bəzi ölkələri bürümüş ağır xəstəlikdir. Müsəlman ölkələri arasında olan münasibətlər daha da gücləndirilməli, sağlam əlaqələr qurulmalıdır.

x x x

Dini müxtəlifliyi təşviq etməklə harmonik
cəmiyyətlərin qurulması

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə keçirilən sonuncu aralıq sessiyada çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dünyada bənzəri olmayan dinlərarası həmrəyliyin mövcud olduğunu deyib. Qeyd edib ki, dünyəvi demokratik Azərbaycanda müxtəlif dinin nümayəndələri qardaşlıq, dostluq şəraitində yaşayırlar. Onlar dövlət qayğısı ilə təmin olunublar.

İslam Peyğəmbərinin təhqir olunması hallarının davam etdiyini vurğulayan şeyxülislam bildirib ki, xüsusilə Fransada antiislam meyilləri getdikcə kəskinləşir. Erməni terror şəbəkəsinin də təməlinin məhz Fransada qoyulduğunu vurğulayan Allahşükür Paşazadə deyib: “Din adından sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, milyonlarla insan üçün təhqir hallarının qarşısının alınması olduqca zəruridir. Dini zəmində qarşıdurmaya çağırış hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən qınanmalıdır”.

Misirin Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Negm çıxışında bildirib ki, islamofobiya tarix boyu olub və gələcəkdə də mövcud olacaq. İslamofobiya ilə mübarizədə səylərin birləşdirilməsinin önəmini qeyd edən İ.Negm deyib: “Bakıda keçirilən bu konfrans birliyimizi dünyaya göstərə biləcəyimiz bir vasitədir. İnanıram ki, bu konfransın sonunda konkret tədbirlər planı qəbul ediləcək və biz onun icrası ilə islamofobiyanın qarşısını ala biləcəyik”.

İndoneziyanın Müasir Dini Məsələlər üzrə Fətva Şurasının nümayəndəsi xanım İffatul Umniati İsmayıl Bakı konfransında iştirakdan məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Avropa və digər cəmiyyətlərdə islamofobiya hallarının artmasına bəzən müsəlmanların həmin ölkələrin mədəniyyətlərinə lazımi səviyyədə adaptasiya ola bilməmələri də təsir göstərir. “Biz islamofobiyaya qarşı mübarizə üçün müasir yanaşma və dəyərləri qəbul etməliyik. Eyni zamanda, müsəlmanlar öz dəyərlərinə də sadiq qalmalıdırlar. Burada təsiredici amillər mövcuddur. İslam haqqında düzgün imic formalaşdırmaqla islamofobiyaya qarşı ciddi mübarizə apara bilərik. Bu işdə diplomatların da üzərinə böyük məsuliyyət düşür”, - deyə xanım İffatul Umniati İsmayıl əlavə edib.

Türkiyənin Diyarbəkir-Mardin mitropoliti Saliba Özmən əvvəlcə ölkəsində və Suriyada baş vermiş zəlzələdən, onun nəticələrindən bəhs edib, bu cür fəlakətlər zamanı dünyanın birliyinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər bir ölkənin inancı onun gözəlliyidir. Başqalarının dininə, inancına hörmətsizlik insanlığa qarşı düşmənçilikdir. Saliba Özmən Mardin şəhərinin sosial, dini və mədəni müxtəlifliklərlə zəngin bölgə olduğunu vurğulayıb.

EULEMA Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, ICESCO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini qeyd edib ki, “İslamafobiya” kimi elmi termin yoxdur. Onun sözlərinə görə, bu, patologiya və ya psixoz deyil. İslamın patologiya və psixozla heç bir əlaqəsi yoxdur. Avropa təsisatları bu terminə yenidən baxmaq qərarına gəliblər. Yahya Pallaviçini bildirib ki, 2008-ci ildə başlayan “Bakı prosesi”ndə mədəniyyətlər və dinlərarası yeni yanaşma, əməkdaşlıq, dialoq formalaşdı. İslamofobiya tədqiq edilərkən Qərb və Şərq arasında hansısa münasibətlər araşdırılır. Bunun nəticəsində qütbləşmə yaranır. Bir tərəf pislənir, digəri təriflənir. Bu qütbləşmə nəticəsində İslam dinini pisləməyə çalışırlar. “Bakı prosesi” Şərq və Qərb arasında əməkdaşlığı, hörməti və barışığı formalaşdırmağa çalışırdı.

Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının rektoru Georgi Zviadadze diqqətə çatdırıb ki, bu gün dini liderlərin proseslərə təsiri artmaqdadır. Siyasətçilər başa düşür ki, dini liderlərə böyük ehtiyac var. Dini liderlərin iştirakı sivilizasiyalararası dialoqun formalaşmasında olduqca əhəmiyyətlidir. Sülh şəraitində, birlikdə yaşamaq üçün bu proses olduqca vacibdir. “Bütün dinlərdə radikal qruplar var. Onların hərəkətləri müəyyən münaqişələrə gətirib çıxarır. Belə hallarda dini liderlərin rolu unudulur, lakin bu nəzərə alınmalıdır”, - deyən Georgi Zviadadze vurğulayıb ki, islamofobiya sərhəd tanımır, amma o qəbuledilməz mənfur bir prosesdir. Terrorçuluğu heç bir dinlə, xalqla eyniləşdirmək olmaz. Bu, düzgün deyil, islamofobiyanın əsasları yoxdur. Ona yalnız sülh vasitəsilə cavab vermək lazımdır.

Sonda Birgə Kommünike qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub