İsmayıllıda ağır yol qəzası: biri azyaşlı olmaqla, iki nəfər ölüb VİDEO
İsmayıllı, 31 mart, AZƏRTAC
İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Topçu kəndi ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində biri azyaşlı olmaqla, iki nəfər hadisə yerində ölüb.
Hadisə zamanı xəsarət alan 3 nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müxbir- Rəşad Türkoğlu