İspaniya qripə qarşı rekord vaksinləşməyə keçmək niyyətindədir
Madrid, 7 oktyabr, AZƏRTAC
İspaniyanın səhiyyə orqanları yaşı 65-dən yuxarı olanlar və tibb personalı arasında immunizasiyanın 75 faizə çatdırılmasına çalışır.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyasının ikinci dalğasının güclənməsi yaxın aylarda səhiyyə sistemində müəyyən problemlər yarada bilər. İspaniyanın Səhiyyə Nazirliyi və muxtar icmaları bu ilin payızında qripə qarşı vaksinlərin rekord həddə çatdırılmasına nail olmaq barədə razılığa gəliblər.
Səhiyyə orqanları sözügedən vaksinasiyanın yaşı 65-dən yuxarı olanların 75 faizini, tibbi personalının, o cümlədən, hamilə qadınların və digər patologiyalı gənc xəstələrin 60 faizini əhatə edəcəyini vurğulayıb.
İspaniya Vaksinləmə Assosiasiyasının (AEV) prezidenti Amos Qarsiyanın sözlərinə görə, bu, ölkənin səhiyyə sahəsində bu vaxta kimi həyata keçirilmiş ən vacib kampaniyadır. Vaksinləmə ciddi simptomların, xəstəxanaya yerləşdirilənlərin və ölüm hallarının sayının azaldılmasında mühüm rol oynayacaq.
İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, 813 min 412 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 32 min 225 nəfər isə həyatını itirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]