İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Bakı, 23 iyul, AZƏRTAC
İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, seçici fəallığı təxminən 53 faiz təşkil edib. Səsvermədə nəticəsində Deputatlar Konqresinin (aşağı palata) 350 üzvü, həmçinin 208 senator seçiləcək. 37 milyondan çox ispan səsvermə hüququna malikdir, onlardan 2 milyona yaxını xaricdə yaşayır.
Əvvəlcə seçkilərin bu ilin sonuna təyin edilməsi nəzərdə tutulsa da, may ayının sonunda Baş nazir Pedro Sançes növbədənkənar səsvermənin keçirilməsi qərarını açıqlayıb. Hökumət başçısı bu addımı lideri olduğu İspaniya Sosialist İşçi Partiyasının regional və bələdiyyə seçkilərində əldə etdiyi qeyri-qənaətbəxş nəticədən sonra atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]