İSPANİYADAKI AZƏRBAYCAN DİASPOR TƏŞKİLATININ İNTERNET SAYTI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Bakı, 29 aprel (AZƏRTAC). İspaniyanın Valensiya şəhərində fəaliyyət göstərən “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin internet saytı fəaliyyətə başlamışdır.
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, maraqlananlar http://www.elmira-az.ucoz.ru/ ünvanından cəmiyyət barədə istənilən məlumat əldə edə bilərlər.
Valensiyada 2008-ci ildə yaradılmış “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, xalqlarımız arasında əlaqələri möhkəmləndirmək, bu şəhərdə yaşayan soydaşlarımızın ispan cəmiyyətinə inteqrasiyasına kömək göstərməkdir.
Qurumun nəzdində bədii özfəaliyyət dərnəklərinin, Azərbaycan və İspan dili kurslarının açılması, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin təbliği ilə bağlı seminarların keçirilməsi, mədəniyyət, idman və digər mövzularla tədbirlərin təşkili nəzərdə tutulmuşdur.
Cəmiyyət bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan icmaları, eləcə də başqa xalqların diaspor təşkilatları ilə əlaqələr qurur, əməkdaşlıq edir.
Təşkilatın rəhbəri Gülnarə Xanbabayevadır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]