İspaniyanın elektrik şəbəkəsi operatoru kiberhücum ehtimalını istisna edib
Bakı, 29 aprel, AZƏRTAC
İspaniyanın elektrik şəbəkəsi operatoru – “Red Electrica” ölkədə baş verən genişmiqyaslı elektrik kəsintisinin səbəbinin kiberhücumla bağlı ola biləcəyini istisna edib.
AZƏRTAC “Pais” qəzetinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın əməliyyat məsələləri üzrə direktoru Eduardo Prieto deyib.
“Biz elektrik şəbəkəsi operatorunun idarəetmə sisteminə heç bir müdaxilənin olmadığı qənaətinə gəldik”, - deyə Eduardo Prieto bildirib. Onun sözlərinə görə, elektrik kəsintisinin səbəbləri ilə bağlı araşdırma davam edir.
Xatırladaq ki, aprelin 28-də yerli vaxtla saat 12:30-da İspaniyanın demək olar, bütün ərazisində elektrik enerjisi kəsilib. Bir gün sonra ölkənin elektrik şəbəkəsi operatoru – “Red Electrica” elektrik təchizatı sistemlərinin bərpa edildiyini açıqlayıb. Ekspertlərin ilkin hesablamalarına görə, genişmiqyaslı elektrik kəsintisi ölkəyə təxminən bir milyard avro zərər vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [18:28]
Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb
- 27.09.2026 [17:35]
Qazaxıstanda hərbi islahat planı hazırlanacaq
- 27.09.2026 [17:13]
Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib
- 27.09.2026 [15:57]
SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb
- 27.09.2026 [14:36]
Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur
- 27.09.2026 [13:37]
Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb
- 27.09.2026 [13:34]