RƏSMİ XRONİKA
İSPANİYANIN KRALI ƏLAHƏZRƏT I XUAN KARLOSA
Əlahəzrət,
Milli bayramınız - İspaniyanın Milli Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-İspaniya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 sentyabr 2009-cu il.