İsrail ordusu Cenin şəhərində xüsusi əməliyyata başlayıb
Bakı, 3 iyul, AZƏRTAC
İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində miqyaslı xüsusi əməliyyata başlayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yerli sakinlər barrikadalar quraraq İsrail hərbçilərinə ciddi müqavimət göstərir. İndiyə qədər beş nəfər həlak olub və onlarla insan yaralanıb. İsrail ordusunun mətbuat xidməti “Cenin taborunun” qaçqın düşərgəsindəki mənzil qərargahına raket zərbələri endirildiyini bildirib.
“Al Arabiya” telekanalının yaydığı məlumata görə, İsrail qüvvələrinin xüsusi əməliyyatı çərçivəsində bu gün səhər saatlarında Cenin şəhərinə və yaxınlıqdakı eyni adlı fələstinli qaçqın düşərgəsinə zirehli transportyorlar və tanklar da daxil olmaqla, 200-dən çox hərbi texnika yeridilib.
Ötən həftə İsrail ordusunun Cenin şəhərinə reydləri nəticəsində ən azı altı fələstinli qətlə yetirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]