İsrail təyyarələri Livanın cənubuna zərbələr endirib
Bakı, 30 mart, AZƏRTAC
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Əl-Taybə şəhərinə üç dəfə raket zərbəsi endirib.
AZƏRTAC Livan 24 telekanalına istinadla xəbər verir ki, raket zərbələri “Hizbullah” hərəkatı döyüşçülərinin səhər saatlarında İsrailin nəzarətində olan ərazilərə hücumuna cavab olaraq həyata keçirilib. Hərəkatın sosial media hesabında yayımlanan bəyanata görə, Ramim qəsəbəsindəki hərbi kazarmalara hücumlar “Qəzza sektoruna” dəstək məqsədi daşıyır.
Həmçinin martın 29-da İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Suriya hökuməti tərəfində döyüşən “Hizbullah” qüvvələrinin Hələb şəhəri yaxınlığındakı silah anbarlarına raket zərbələri endirib. Hücum nəticəsində 44 nəfərin, o cümlədən “Hizbullah”ın yeddi döyüşçüsünün həlak olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]