İstanbul hava limanı Avropanın ən çox reys həyata keçirilən aeroportu seçilib
İstanbul, 9 mart, AZƏRTAC
İstanbul hava limanı ötən həftə Avropanın ən çox reys həyata keçirilən aeroportu seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə aeroport məlumat yayıb. Bildirilir ki, bütün dünyada öz təsirini göstərən pandemiya şərtinə baxmayaraq, İstanbulun yeni hava limanından martın 1-7-də orta hesabla 551 reys həyata keçirilib.
Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən “Hava limanı sağlamlıq akkreditasiyası” proqramı çərçivəsində sertifikat alan ilk aeroport olan İstanbul hava limanı, eyni zamanda, keçən il sərnişin sayına (23 milyon 409 min 132 sərnişin) görə də Avropada birinci olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]