İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib
İstanbul, 10 aprel, Günel Karatepe, AZƏRTAC
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin ikinci görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın İstanbuldakı baş konsulluğunda keçirilən görüşdə nümayəndə heyətlərinin iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması məsələsi müzakirə olunub.
Rusiya nümayəndə heyətinə bu ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə məsləhətçisinin müavin Sonata Koulter rəhbərlik ediblər.
Toplantıdan əvvəl açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Brüs bu görüşdə yalnız diplomatik fəaliyyətlərin müzakirə olunacağı, gündəmdə Ukrayna da daxil olmaqla, hansısa siyasi və ya təhlükəsizlik məsələlərinin yer almayacağını deyib.
Xatırladaq ki, nümayəndə heyətləri ilk dəfə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəliblər. Tərəflər arasındakı ikinci görüş isə fevralın 27-də İstanbulda baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]