İstanbulda tikintisi davam edən metro stansiyasında çökmə baş verib
İstanbul, 16 noyabr, Günel Karatepe, AZƏRTAC
İstanbulda tikintisi davam edən metro stansiyasında işçilərin olduğu inşaat bölməsində çökmə meydana gəlib. Hadisə zamanı yaralanaraq xəstəxanaya çatdırılan işçilərdən birinin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsi olan Beyoğlu rayonunda meydana gəlib.
İstanbul Valiliyindən verilən açıqlamada göstərilir ki, qəzanın baş verdiyi əraziyə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb edilib.
Üç işçi xəstəxanaya çatdırılıb.
Son məlumatlara görə işçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]