İSTİLİKLƏ TƏMİN EDİLƏN BİNALARIN SAYI ARTACAQDIR
“Azəristiliktəchizat” Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Bakıda 1939 yaşayış binası istiliklə təmin edilir. Ötən il 1200 bina istilik alırdı. Hazırda sistemdə payız-qış mövsümünə hazırlıqla bağlı təmir-yenidənqurma işləri aparılır. Cari ildə istilik xidməti haqqının 52 faizi ödənmişdir.