İSVEÇDƏ YAŞAYAN SOYDAŞLARIMIZ AZƏRBAYCAN DÖVLƏTİNİN SİYASƏTİNİ DƏSTƏKLƏYİRLƏR
AZƏRTAC xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 4-cü ərazi şöbəsinin müdiri Nazim Qaraxanovun başçılıq etdiyi nümayəndə heyəti İsveçdə yaşayan Azərbaycan, Türkiyə və Bolqarıstan türklərinin həyat tərzi ilə tanış olmuşlar.
Dövlət Komitəsindən bildirmişlər ki, görüşlər zamanı komitənin təmsilçiləri İsveçdə yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmış və onların həlli istiqamətində müzakirələr aparmışlar.
Soydaşlarımız illər boyu Azərbaycan və azərbaycanlılara qarşı aparılan ədalətsiz müharibə və terrora qarşı mübarizədə hər zaman Azərbaycan dövlətini dəstəkləyəcəklərini, bu yolda əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildirmişlər. Nazim Qaraxanov Malmödə yaşayan Bolqarıstan türklərinin BALGÖÇ dərnəyində görüşlər keçirmiş və türk qardaşlarımızın problemləri ilə maraqlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]