İsveçrə komandası Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
Bakı, 23 avqust, AZƏRTAC
Bakıda davam edən atıcılıq üzrə 53-cü dünya çempionatında bugünkü son yarışda atletlər 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə qarışıq komanda şəklində mübarizə aparıblar.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Yan Loxbihler və Çiara Leonedən ibarət İsveçrə komandası 1249.7 xalla qızıl medallara sahib olub.
Gümüş medalları onların həmyerliləri Kristoff Duer və Sarina Hitz əldə edib - 1247.2 xal.
Bürünc medalların sahibi isə 1245.9 xalla Linşu Du və Siyu Xiadan ibarət Çin kollektivi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]