İSVEÇRƏDƏ TƏŞKİL EDİLMİŞ “TÜRK GÜNÜ”NDƏ AZƏRBAYCAN MUSİQİSİ İFA OLUNMUŞDUR
AZƏRTAC xəbər ki, Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 2-dən 5-dək əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” musiqi qrupu İsveçrədə səfərdə olmuşdur.
Səfirlikdən verilən məlumata görə, mayın 3-də səfirliyin dəstəyi ilə Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən Solothurn şəhərinin “Cultuarena” konsert zalında “Cəngi” qrupunun konserti təşkil edilmişdir. Konsert proqramını İsveçrədəki Azərbaycan və türk diasporunun nümayəndələri, eləcə də yerli əhali izləmişdir.
Mayın 4-də paytaxt Bern şəhərinin mərkəzində, Parlament binasının qarşısındakı Bundesplatz meydanında təşkil edilmiş “Türk günü”ndə Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov çıxış edərək, Azərbaycan və türk diaspor nümayəndələrinin birgə fəaliyyətinin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Sonra “Cəngi” musiqi qrupu konsert proqramı ilə çıxış etmişdir.
Hər iki tədbir zamanı muğam ifaçıları - əməkdar artist Teyyub Aslanovun, Bəyimxanım Mirzəyevanın, eləcə də tarda əməkdar artist Mircavad Cəfərovun, kamançada İsmayıl Həmidovun ifaları dinləyicilərə xoş təəssürat bəxş etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]