İSVEÇRƏDƏ XEYRİYYƏ AKSİYASI KEÇİRİLMİŞDİR
Bakı, 28 sentyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İsveçrənin Basel şəhərində “Azərbaycanın dostları” Birliyinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilmişdir. İsveçrə və Fransada yaşayan bir qrup vətənpərvər azərbaycanlı xanımın təşkil etdiyi tədbirdə türk, rus və yəhudi qadınları da iştirak etmişlər. Azərbaycanın Qax rayonunda olan 10 əlil uşağa yardım məqsədi daşıyan xeyriyyə tədbirində birliyin üzvü Yeşim Dəmirdaş qonaqlara Azərbaycan və onun dilbər guşələrindən olan Qax rayonu, həmçinin yardım göstəriləcək xəstə uşaqlar haqqında məlumat vermişdir.
Xeyriyyə aksiyasına digər diaspor təşkilatları - Soloturndakı “Azərbaycan Türkləri” Kültür Dərnəyinin və Berndə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin üzvləri də qatılmışlar. Mədəniyyət Mərkəzi uşaqlar üçün 3 əlil arabası, xəstə uçun kran və uşaq paltarları ayırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]