“İTALİYA AZƏRBAYCAN RƏSSAMLARININ GÖZÜ İLƏ” SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə 45 rəssamın boyakarlıq və qrafika janrlarında 50-dən artıq əsəri nümayiş etdirilir.
İtaliyanın ölkəmizdəki səfiri Can Luici Maşa, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və başqaları açılış mərasimində çıxış edərək, İtaliya həyatının və insanlarının təsvir olunduqları əsərlərin özünəməxsus sənətkarlıq xüsusiyyətlərindən, mövzu genişliyindən danışmış, İtaliya-Azərbaycan mədəni əlaqələrinin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Sərgi dekabrın12-dək davam edəcəkdir.