İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib
Roma, 1 iyul, AZƏRTAC
İtaliya hökuməti iyulun 2-dən etibarən qeyri-Şengen ölkələri və Avropa İttifaqının seçdiyi 14 ölkə istisna olmaqla digər ölkələrdən İtaliyaya gələnlərə iki həftəlik məcburi karantin tətbiq edəcək.
Şengen zonasına daxil olan ölkələrdən, habelə Avstraliya, Əlcəzair, Kanada, Cənubi Koreya, Gürcüstan, Yaponiya, Mərakeş, Monteneqro, Yeni Zelandiya, Serbiya, Tailand, Tunis, Uruqvay və Ruandadan gələnlər karantinsiz İtaliya ərazisinə daxil olacaqlar. Bu siyahı hər iki həftədən bir yenilənəcək. Çin vətəndaşları da ölkəyə karantinsiz daxil ola bilərlər, amma bunun üçün əvvəlcə Çin özü Avropa İttifaqı ölkələrindən gedənləri qəbul etməlidir.
İtaliyanın Səhiyyə naziri Roberta Speranza qərarla bağlı açıqlama verərək deyib ki, hökumət əhalini qorumaq üçün çox ehtiyatlı davranmalıdır.
İtaliya, həmçinin hava nəqliyyatında da yeni qaydaları tətbiq edir. Bunlara salona əl baqajı keçirməmək, isti yeməyin olmaması, sağlamlıq barədə arayışın doldurulması kimi şərtlər daxildir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]