İtaliyada anomal istilər: 17 şəhərdə “qırmızı” xəbərdarlıq elan edilib
Roma, 23 avqust, AZƏRTAC
İtaliyada müşahidə olunan anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 17 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.
AZƏRTAC xəbər verir ki, avqustun 23-də ölkə ərazisində rütubətin rekord səviyyədə olacağı bildirilib. Havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi yerlərdə isə 48,8 dərəcəyə çatacağı, yarımada ərazisində 900 metr yüksəklikdə isə 39 dərəcə olacağı gözlənilir.
Müxtəlif şəhərlərdə insanlar arasında günvurma və istivurma halları qeydə alınıb.
Meteoroloqlar anomal istilərin qarşıdakı günlərdə də davam edəcəyini bildiriblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]