İtaliyada anomal istilərə görə 13 şəhərdə qırmızı xəbərdarlıq verilib
Roma, 27 iyun, AZƏRTAC
İtaliyada Afrika antisiklonunun güclənməsi səbəbindən 13 şəhərdə qırmızı xəbərdarlıq elan edilib.
AZƏRTAC xəbər verir ki, həmin şəhərlər paytaxt Roma, həmçinin Ankona, Bolonya, Bolzano, Breşşia, Kampobasso, Florensiya, Frozinone, Milan, Peruccia, Turin, Venesiya və Veronadır.
Afrika antisiklonu ölkəyə rekord istilik dalğası gətirəcək. Havanın temperaturunun yüksəlməyə davam edəcəyi, yaxın bir neçə gün ərzində müxtəlif yerlərdə 40 dərəcəni ötəcəyi gözlənilir.
Səhiyyə Nazirliyi anomal istilərə görə xəbərdarlıq edib, xüsusilə yaşlılar və çoxsaylı patologiyası olan xəstələr üçün narahatlığın yüksək olduğu bildirilib. Təcili yardım şöbələrinə müraciətlərin sayının artdığı qeyd olunub.
Qızmar istilər səbəbindən Siciliya adasında yüksək riskli ərazilərdə günün ən müəyyən saatlarında bəzi istehsal sektorlarında fəaliyyətlər dayandırılıb. Paytaxt Romada bir neçə turist günvurmaya görə təcili yardıma müraciət edib.
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]