İtaliyada idarəetmə mərkəzindəki problem yüzlərlə aviareysin ləğvinə səbəb olub
Roma, 29 iyun, AZƏRTAC
İtaliyada idarəetmə mərkəzində yaranan problem ölkənin şimal-qərbindəki hava limanlarında yüzlərlə aviareysin ləğvinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkətinin Milandakı İdarəetmə Mərkəzinin məlumat ötürülməsi sistemindəki yavaşlama səbəbindən əməliyyatlar dayanıb. Milan, Berqamo, Turin və Genuya hava limanlarında ümumilikdə 320-dək təyyarənin qalxması və ya enişi dayandırılıb. Nəticədə hava limanlarında sərnişin sıxlığı yaranıb. Təyyarələrin bir çoxu paytaxt Romanın “Fiumicino” və “Ciampino” hava limanlarına yönləndirilib.
“ENAV” şirkətindən bildirilib ki, texniki-əməliyyat heyətinin vaxtında müdaxiləsi sayəsində problem həll olunub. Qısamüddətli fasilədən sonra ilk uçuşlar bərpa olunub. Ölkənin şimal-qərbində hava hərəkəti tam normal vəziyyətə qayıdıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]