İtaliyalı əfsanəvi futbolçu vəfat edib
Bakı, 31 iyul, AZƏRTAC
İtaliya millisi və “Milan”ın əfsanəvi futbolçusu Franko Barezi vəfat edib.
AZƏRTAC Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, illərdir ağır xəstəliklə mübarizə aparan veteran müdafiəçi 66 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Franko Barezi klub karyerası ərzində yalnız “Milan”ın formasını geyinib. 1978-ci ildən 1997-ci ilə qədər bu komandada çıxış edən əfsanəvi oyunçu 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə ölkə Superkubokunu qazanıb, həmçinin 3 dəfə Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi olub.
İtaliya milli komandasında 81 oyun keçirən Barezi 1982-ci ildə dünya çempionatının qızıl medallarına sahib çıxıb. O, həmçinin DÇ-1990-da bürünc, DÇ-1994-də isə gümüş mükafat əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]