İtaliyanın şimalındakı Dolomitlərin sakinləri dağ yollarında turniket quraşdırıblar
Roma, 2 avqust, AZƏRTAC
İtaliyanın şimal-şərqindən keçən Alp dağlarında ecazkar təbiət mənzərəsinə malik Dolomitlərdə sakinlər turist axınına qarşı mübarizə aparmaq üçün dağ yollarında turniket sistemi quraşdırıblar.
AZƏRTAC xəbər verir ki, sakinlərin bu addımı atmasına səbəb sosial medianın təsiri ilə bölgədə hər gün turist sayının artmasıdır. Onlar bu vəziyyətə görə xüsusilə səyyahların və influnserlərin məsuliyyət daşıdıqlarını bildirirlər.
Sakinlərin fikrincə, səyyahlar və influnserlər bölgəyə gələn turistlərin sayının artmasına səbəb olur, nəticədə ziyarətçilər təbiətə ciddi ziyan vururlar. Həmçinin turistlər yaxşı fotoşəkil çəkmək üçün şəxsi ərazilərə daxil olurlar. Buna görə də sakinlər bəzi yerlərdə turniket quraşdırıb və turistlərdən 5 avro tələb edirlər.
Qeyd edək ki, İtaliya qanunlarına görə təbii parklara giriş pulsuzdur.
Dolomitlər 2009-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]