İyulun 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25° isti, gündüz 30-35° isti olacaqdır.
Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18°, gündüz 26-31° olacağı gözlənilir.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 20-25°, gündüz 32-37° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.