İyulun 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı vardır. Hava gündüz dəyişkən buludlu keçəcəkdir.
Temperatur gecə 18-21° isti, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 25-30° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-21° isti, gündüz 26-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.