İyulun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı ehtimalı vardır.
Temperatur gecə 20-25° isti, gündüz 30-35° isti olacaqdır.
Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 25-27° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 20-25°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı- Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 27-32° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.