Kabildə terror qurbanlarının sayı 32 nəfərə çatıb
Bakı, 21 mart, AZƏRTAC
Kabildə terror qurbanlarının sayı artmaqdadır.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, “Tolo News” telekanalının yaydığı məlumata görə, Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, habelə 52 nəfər yaralanıb.
Bundan əvvəl yayılan məlumatda Kabil Universiteti yaxınlığında Novruz şənliyi zamanı baş verən partlayışda 26 nəfərin həlak olduğu, 18 nəfərin yaralandığı bildirilirdi. Partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb.
Terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]