Kambocada koronavirus xəstəliyindən ilk ölüm faktı qeydə alınıb
Bakı, 11 mart, AZƏRTAC
Kambocada 50 yaşlı paytaxt sakinin vəfat etməsi ilə ölkədə koronavirus infeksiyasından ölüm statistikasına rəsmi start verilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kambocanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə koronavirusun ilk qurbanı - 50 yaşlı kambocalı paytaxt Pnompen şəhərindəki xəstəxanada vəfat edib. Rəsmi məlumata əsasən, o, fevralın 27-də koronavirusa yoluxmuşdu.
Kambocada koronavirusun yayılması fevralın 20-dən başlayıb. Buna səbəb kimi ölkəyə gəldikdən sonra karantin qaydalarını pozaraq izolyasiya rejiminə tam əməl etməyən çinlilər göstərilir.
Hazırda Kambocada koronavirusa 1163 yoluxma halı qeydə alınıb. Hakimiyyət orqanları yoluxmanın qarşısını almaq məqsədilə məktəblərin, əyləncə mərkəzlərinin və bəzi müəssisələrin bağlanması barədə göstəriş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]