Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir
Bakı, 30 oktyabr, AZƏRTAC
“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masanın əsas məqsədi əqli mülkiyyətin kökündə duran innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 30-da dəyirmi masadan öncə keçirilən brifinqdə deyib.
“Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti “yaşıl” gələcək yaratmağa qadirdir”, - deyə Agentlik rəhbəri bildirib. O, həmçinin qeyd edib ki, müasir dünyada yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent, yaşıl enerji kimi anlayışlar aktual mövzulardır və təsadüfi deyil ki, Qlobal İnnovasiya İndeksi üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolu vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]