Karantin qaydalarını pozan ictimai iaşə müəssisələrinin sahibləri cərimələniblər
Bakı, 8 fevral, AZƏRTAC
Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Nərimanov rayonu, Y.Vəzirov küçəsi, ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” pivəxana, Səbail rayonu, T.Əliyarbəyov, 4A ünvanında yerləşən, fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus “Kefli2 bar və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yerləşən, fiziki şəxs Əkbərova Gülmirə Əfsər qızına məxsus “Çayka” kafesində reyd keçirilib.
Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydaların kobud şəkildə pozulması faktları və məsul şəxslərin təyin olunmadığı aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələbləri çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq 4 min AZN cərimə tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]