KARATE ÜZRƏ AVROPA ÇEMPİONATINDA AZƏRBAYCANI 13 İDMANÇI TƏMSİL EDƏCƏKDİR
Bakı, 27 aprel (AZƏRTAC). Mayın 8-dən 10-dək Zaqrebdə keçiriləcək kişilər və qadınlar arasında Avropa çempionatında iştirak etmək üçün karate üzrə Azərbaycan yığmasının tərkibi müəyyən olunmuşdur. Yarışlarda ölkəmizi 13 idmançı təmsil edəcəkdir.
Kişilər arasında kumite üzrə yarışlarda Sənan Əliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Amal Atayev (84 kq) və Famil Səfiyev (84 kq-dan yuxarı) iştirak edəcəklər. Kumite idmanı üzrə komanda yarışlarında Şahin Atamov, Ceyhun Ağasiyev, İsrafil Şirinov, Rəşad Hüseynov, kata yarışlarında isə Elçin Məmmədov güclərini sınayacaqlar.
Fərdi kumite üzrə qadınların yarışında ölkəmizi Cəmilə Məmmədova (50 kq) və Nərgiz Mehdiyeva (55 kq) təmsil edəcəklər. Kata yarışlarında isə onlara Ədilə Qurbanova qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]