“KARVAN-L” ŞİRKƏTİ YENİ MÜƏSSİSƏ İNŞA EDİR
Şirkətin rəhbəri Əbülfəz Qafarov AZƏRTAC-ın müxbirinə demişdir ki, istehsal etdiyimiz lak və boya komponentlərinə, reagent və aşqarlara tələbat getdikcə artır. Biz bu məhsulları Avropa, Asiya və Amerikanın 15 ölkəsinə göndəririk. Sex və istehsal sahələrimiz darısqal olduğuna görə, şəhərdən kənarda bu zavodu tikmək qərarına gəlmişik. Bu, ekoloji baxımdan da məqsədəuyğundur. Yeni müəssisədə 200 nəfəri işlə təmin edəcək, məhsullarımızın çeşidini artıracağıq. Ənənəvi məhsullarla yanaşı, bəzi tikinti materialları da istehsal etməyi nəzərdə tutmuşuq.
Tikintini şirkətimizin nəzdində yaradılmış inşaat qrupu aparır. Obyektdə işləri maksimum qısa müddətdə başa çatdıracağıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]