Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb
Bakı, 13 iyul, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, karantin rejiminin tələblərinə uyğun olaraq onlayn təşkil edilən imtahanların sonuncusu kimyada təqribi həll üsulları fənnindən olub. İyunun 15-dən başlayan imtahan sessiyası təsdiq edilmiş cədvələ uyğun olaraq “Zoom” platforması üzərindən keçirilib. İmtahan sualları magistrantlara onlayn ünvanlanıb və onlar sualları şifahi şəkildə cavablandırıblar. Pandemiya dövründə xüsusi karantin rejiminin tələbləri və distant tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında magistrantların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün tam şərait yaradılıb.
Qeyd edilib ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev mütəmadi olaraq yay imtahan sessiyasına onlayn qoşulub, magistrantlara təklif və tövsiyələrini verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]