Kaya Kallas: “Dron divarı” layihəsi bütün Avropanı əhatə edəcək
Bakı, 12 noyabr, AZƏRTAC
Əvvəlcə yalnız Avropa İttifaqının şərqindəki ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan “Dron divarı” layihəsi indi bütün Avropanı əhatə edəcək şəkildə genişləndirilib.
AZƏRTAC xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bu barədə Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib. “İlkin olaraq yalnız şərq cinahı üçün nəzərdə tutulan pilotsuz təyyarələrə qarşı divar indi bütün Avropaya şamil ediləcək. Dronlar hər bir region üçün təhlükədir, kommersiya uçuşlarına mane olur və Avropa hava limanlarında problemlər yaradır”, - deyə Kaya Kallas bildirib.
Qeyd edək ki, “Dron divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələr arasında Rusiya ilə sərhəddə pilotsuz uçuş aparatlarına qarşı çoxqatlı monitorinq və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlmiş birgə təşəbbüsdür. Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]