Keçən il Goranboyda kənd təsərrüfatı məhsullarının həcmi 13,8 faiz artıb
Goranboy, 10 mart, Rauf Hacıyev, AZƏRTAC
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Goranboy rayonunda ötən il aqrar məhsulların həcmi 13,8 faiz artıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu artıma dövlət tərəfindən fermerlərə verilən subsidiya və texnika təminatı nəticəsində nail olunub. Keçən il 67 min 258 ton taxıl istehsal edilib və hər hektardan məhsuldarlıq 31 sentner olub. 3102 hektardan 7,3 min ton pambıq, 8 hektardan 12,7 ton tütün və 8,5 ton barama məhsulu əldə edilib. 180 hektar sahədə şəkər çuğunduru əkilib, 2 min 520 ton məhsul götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]