Kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz artıb
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında muxtar respublikada 323 milyon 769 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 14 min 779 ton, süd istehsalı 69 min 98 ton olub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı isə 1,4 faiz artıb.