KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFI ÜÇÜN
Azərbaycan Prezidenti Heydər Əliyevin sahibkarlığın inkişafına diqqətin artırılması sahəsində qəbul etdiyi qərarların yerinə yetirilməsinin təmin edilməsi və biznes-planların hazırlanmasında sahibkarlara yardım göstərilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri respublikanın 57 şəhər və rayonunda seminarlar keçirmişlər.
Nazirlikdən alınan məlumata görə, seminarlarda 1000-ə yaxın sahibkar iştirak etmişdir. Bundan əlavə, Sahibkarlığa Yardım Milli Fondunun nümayəndələri “İstehsalatın təşkili və idarə olunması”, “Sərmayə qoyuluşu və gözlənilən risklər” mövzularında məruzələrlə çıxış etmişlər.
Seminarda çıxış edən sahibkarlar dövlətimizin başçısının kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaradan son Fərman və Sərəncamlarının əhəmiyyətini xüsusi vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]